ABŞ bütün dünyanı axmaq hesab edir – Cabarov

ABŞ bütün dünyanı axmaq hesab edir – Cabarov

ABŞ-ın “Şimal axını” və “Şimal axını 2” kəmərlərinə terror hücumu ilə bağlı öz versiyasını təbliğ etmək cəhdi onların dünyanın qalan hissəsinə qarşı yaxşı olmayan münasibətlərindən xəbər verir.

AzerTimes xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsi rəhbərinin birinci müavini Vladimir Cabarov deyib.

“Amerikalılar “Şimal axını”nın partladılması ilə bağlı irəli sürdükləri versiyalara hər kəsin inana biləcəyini düşünürlərsə, bütün dünyanı axmaq hesab edirlər. Bütün Avropa isə ən yaxşı halda susur. Azad Qərb mətbuatı ağzına su alıb. Bu da bizim onilliklər boyu nümunə göstərdiyimiz dünya”, – Cabarov bildirib.

Teqlər: