Bir sıra problemlərimizin olduğunu və onları həll etmək istədiyimizi dərk edərək münasibətləri sabitləşdirmək və onları daha da yaxşılaşdırmağa çalışmaq barədə düşünürəm.
AzerTimes xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Canet Yellen Çinlə münasibətlərdən danışarkən deyib.
Nazir Pekinin ABŞ-ın Çinə qabaqcıl yarımkeçiricilərin satışını qadağan etmək siyasətindən narahat olduğunu qeyd edib:
“ABŞ-ın bunu niyə etdiyini və bunun Çin iqtisadiyyatını tamamilə iflic vəziyyətə salmaq və onun inkişafını dayandırmaq cəhdi olmadığını izah etməsi vacibdir”.