Vaşinqton Fələstin-İsrail münaqişəsi zonasında baş verən hadisələrə görə tam məsuliyyət daşıyır.
AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Fələstin-İsrail eskalasiyası ilə bağlı nəhəng faciənin baş verdiyi ərazidəki bütün hazırkı çöküş tamamilə ABŞ-ın məsuliyyətidir, daha doğrusu, məsuliyyətsizliyidir. Bu münaqişə zonasında gərginliyin əsas səbəblərini Vaşinqtonun yanaşmaları təmin edib”, – Zaxarova bildirib.