ABŞ Rusiyanın müdafiəsini yarmaq üçün Ukraynaya gizli şəkildə bir neçə “Assault Breacher” mühəndis zirehli texnikasını göndərib.
AzerTimes xəbər verir ki, bu barədə siyasi şərhçi Devid Eks “Forbes”dəki məqaləsində yazıb.
Onun sözlərinə görə, Ukrayna ordusu 6-ya qədər belə maşın əldə edib.
“Verilmiş texnikanın fotosu dünən Prezident Vladimir Zelenskinin ofisinin saytında dərc olunub. Bu texnikalar ABŞ-ın hərbi yardımlar siyahısında qeyd olunmayıb”, – Eks bildirib.
Qeyd edək ki, “Abrams” tankının əsasında yaradılmış 55 tonluq bu maşın müdafiənin yarılması üçün ən universal texnika hesab olunur. İki zirehli maşın effektivliyinə görə bir neçə buldozerə bərabərdir.