ABŞ Konqresinin Nümayəndələr Palatası qanunverici orqan əməkdaşlarına iş cihazlarında Tiktok sosial şəbəkə proqramından istifadə etməyi qadağan edib.
AzerTimes xəbər verir ki, bu barədə “Vaşinqton Eksamyner” məlumat yayıb.
Məlumata görə, bildiriş Nümayəndələr Palatasının İnzibati Məsələlər Komitəsi tərəfindən göndərilib.
Məlumatda vurğulanıb ki, Tiktok mobil tətbiqi bir sıra təhlükəsizlik təhdidləri səbəbindən istifadəçilər üçün yüksək risk yaradır.