Amerika-Azərbaycan münasibətləri üç sütun üzərində dayanıb. Buna təhlükəsizlik, iqtisadiyyat və enerji və qanunun aliliyinə dəstək sahələri aiddir.
AzerTimes xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer deyib.
“Amerika, Naxçıvan da daxil olmaqla, bütün Azərbaycanla sadaladığım istiqamətlərin hər birində əməkdaşlığı genişləndirmək niyyətindədir”, – o qeyd edib.