ABŞ 2024-cü ildə Hind və Sakit Okean regionunda orta mənzilli raketlər yerləşdirməyi planlaşdırır.
AzerTimes xəbər verir ki, bu barədə “Nikkei” nəşri məlumat yayıb.
“Bu cür silahların Çinin qarşısını almaq üçün soyuq müharibədən sonra ilk dəfə regionda peyda olacağı gözlənilir. Söhbət “Standard Missile-6” və ya “Tomahavk” qanadlı raketlərindən gedir. Bu raketlərin uçuş məsafəsi 500-dən 2.7 min kilometrə qədərdir”, – məlumatda qeyd olunub.