ABŞ Yaxın Şərqdə THAAD (Terminal High Altitude Area Defence) raketdən müdafiə sistemlərinin və əlavə “Patriot” zenit-raket komplekslərinin batareyasının yerləşdirilməsinə göstəriş verib.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Lloyd Ostin məlumat verib.
L.Ostin qeyd edib ki, ABŞ Prezidenti Co Baydenlə məsləhətləşmələrdən sonra ölkənin Müdafiə Nazirliyinin regionda mövqeyini gücləndirmək qərarı verilib:
“Mən həmçinin ABŞ qüvvələrinin müdafiəsini gücləndirmək üçün bölgəyə THAAD batareyası və əlavə “Patriot” batalyonlarının yerləşdirilməsinə göstəriş vermişəm”.