ABŞ-ın Afrika ölkələrində hərbi mövcudluğunun azaldılması Vaşinqtonun böyük uğursuzluğudur və bu, Rusiyanın Sahel bölgəsində təsirini artıracaq.
AzerTimes xəbər verir ki, bu barədə “Hill” qəzetinin məqaləsində bildirilib.
“ABŞ-ın Saheldəki hərbi mövcudluğunun azalması, çox güman ki, Rusiyanı regionda daha çox təsir göstərməyə təşviq edəcək, xüsusən də terror təhlükələri artdıqca”, – nəşr yazıb.
Ekspert hesab edir ki, Afrika ölkələrinin ABŞ qoşunlarının çıxarılması tələbləri davam edəcək:
“Çin və İran qitədə nüfuzunun gücləndiyi bir vaxtda ABŞ Afrika uğrunda geosiyasi döyüşdə Rusiyaya uduzur”.