Baydenin açıqlamalarına baxmayaraq, Amerikanın “nüvə çətiri” etibarlı görünmür. ABŞ bu sahədə Rusiya və Çindən geridədir. Yaponiyaya öz nüvə silahını yaratmağa icazə vermək isə Amerikanın marağındadır.
AzerTimes xəbər verir ki, bu barədə JB Press nəşrində yayımlanan məqalədə bildirilib.
“ABŞ-ın nüvə çətirinin etibarlılığının azalması və Çin, Rusiya, eləcə də Şimali Koreya tərəfindən artan təhlükəyə, habelə nüvə qüvvələrinin sayının artmasına cavab olaraq, Yaponiya nüvə silahına sahib olmaq barədə ciddi şəkildə düşünməlidir. Bunun üçün ölkə 1972-ci il oktyabrın 9-da Baş nazir Eisaku Sato administrasiyası tərəfindən qəbul edilmiş və ölkənin o vaxtdan bəri əməl etdiyi üç qeyri-nüvə prinsipindən imtina etməli olacaq”, – deyə məqalədə vurğulanıb.
Qeyd edilib ki, Vaşinqton Rusiya və Çinin artan nüvə təhlükəsi qarşısında Yaponiyanın nüvə silahı əldə etməsinə şərait yaratmasa, ABŞ hegemoniyası çökmək təhlükəsi ilə üz-üzə qalacaq.