ABŞ və Tayvan 163,7 milyon dollara minə yaxın “Switchblade 300” və “ALTIUS 600M-V” kamikadze dronlarının tədarükünə dair müqavilə imzalayıb.
AzerTimes xəbər verir ki, bu barədə Tayvanın mərkəzi xəbər agentliyi məlumat yayıb.
Qeyd olunub ki, iki müqavilə haqqında məlumat Tayvan hakimiyyətinin satınalma saytında dərc olunub.