ABŞ Hərbi Hava Qüvvələri (HHQ) noyabrın əvvəlindən Yaponiyanın Okinava adasındakı Kadena bazasına beşinci nəsil F-22 “Raptor” qırıcılarını yerləşdirməyə başlayacaq.
AzerTimes xəbər verir ki, bu barədə “Nikkei” məlumat yayıb.
Məlumata görə, hazırda bazada 50 ədəd F-15 qırıcısı var və onlar tezliklə ABŞ-a göndəriləcək.
Qeyd edək ki, F-22 qırıcıları yüksək döyüş potensialına malikdir.