Yaponiyanın təhlükəsizliyinin təminatı ilə bağlı öhdəlikləri icra etmək üçün istənilən vasitədən istifadə etməyə hazırıq. Hətta nüvə silahının istifadəsindən belə…
AzerTimes xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibinin Şərqi Asiya və Sakit okean regionu üzrə köməkçisi Daniel Kritenbrink deyib.
O vurğulayıb ki, Vaşinqtonun müqavilə üzrə öhdəlikləri toxunulmaz olaraq qalır. Ona görə də dövlətlər istənilən üsula əl atmağa hazırdırlar:
“Biz bu öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün nüvə də daxil olmaqla, Amerikanın ixtiyarında olan bütün vasitələrdən istifadə etməyə sadiqik”.