ABŞ bu ölkəni Çinə qarşı silahlandırır

ABŞ bu ölkəni Çinə qarşı silahlandırır

Avstraliya ABŞ-dan beş nüvə sualtı qayığı ala bilər.

AzerTimes xəbər verir ki, bu barədə dörd ABŞ rəsmisinə istinadən “Röyters” məlumat yayıb.

“Söhbət “Virginia” sinifli sualtı qayıqlardan gedir. Bu razılaşmanın Çin üçün yeni çağırış olacağı gözlənilir. Avstraliya 2030-cu illərin əvvəllərində üç, sonra isə daha iki sualtı qayıq ala biləcək”, – məlumatda deyilir.

Qeyd edək ki, ötən ilin payızında ABŞ rəhbərliyinin Çinin artan hərbi gücünə cavab olaraq Avstraliya Hərbi Dəniz Qüvvələrinə nüvə sualtı qayıqlarının tədarükünü sürətləndirmək üçün danışıqlar apardığı barədə məlumat yayılmışdı.

Teqlər: