ABŞ İranla hərbi münaqişəyə girmək potensialına malikdir.
AzerTimes Unikal.az-a istinadən xəbər verir ki, bunu Pentaqon rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor X sosial şəbəkəsindəki hesabında bildirib.
Makqreqor hesab edir ki, bu mümkün münaqişə fəlakətə çevrilə bilər.
“Biz İranla müharibəyə doğru gedirik”, – deyə Makqreqor yazıb.
Duqlas Makqreqor əlavə edib ki, ABŞ və İran arasında münaqişə yaranarsa, bütün Yaxın Şərq regionu münaqişəyə qarışacaq.