Regional sabitliyə xələl gətirə biləcək siyasətlər yenidən nəzərdən keçirilməlidir. Türkiyə Ana Vətən və qarant dövlət olaraq Kipr türklərinin təhlükəsizliyini və firavanlığını istənilən şəraitdə təmin etməyə davam edəcək.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyi ABŞ və Kipr arasında “İkitərəfli Müdafiə Əməkdaşlığı – Yol Xəritəsi” sazişinin imzalanmasına münasibət bildirərkən qeyd edib.
Ankara bu addımların adanın şimal hissəsinin təhlükəsizliyinə xələl gətirdiyini bəyan edib.
Bəyanatda vurğulanıb ki, bu razılaşma ABŞ-ın Kipr adasına münasibətdə neytral mövqeyini sarsıdır və Kipr probleminin həlli üçün ədalətli, davamlı və sabit razılaşma əldə etməyi çətinləşdirir.