Avstraliya və ABŞ kəşfiyyat sahəsi də daxil olmaqla Hind-Sakit okean regionunda əməkdaşlığı gücləndirəcək.
AzerTimes xəbər verir ki, bu barədə “Amerikanın Səsi” radiosu məlumat yayıb.
Qeyd olunub ki, ABŞ və Avstraliya 2024-cü ilə qədər birgə kəşfiyyat mərkəzi yaratmağa qərar verib. Mərkəzin Hind-Sakit okean regionunda ümumi maraq doğuran məsələlərdə Avstraliya kəşfiyyatı ilə Pentaqonun kəşfiyyat agentliyi arasında əməkdaşlığı gücləndirəcəyi gözlənilir.