ABŞ bu iki ölkə ilə İranı müzakirə etdi

ABŞ bu iki ölkə ilə İranı müzakirə etdi

İranla bağlı Böyük Britaniya və Niderland rəsmiləri ilə bir sıra məsələləri müzakirə etmişik.

AzerTimes xəbər verir ki, bunu ABŞ hökumətinin İran məsələləri üzrə xüsusi nümayəndəsi Robert Mali Tvitter hesabında yazıb.

“Britaniya Xarici İşlər Nazirliyinin siyasi və geosiyasət üzrə baş direktoru Kristian Törnerlə Vaşinqton və London arasında İrandan Rusiyaya silah göndərilməsi, İranın nüvə proqramının inkişafı, ABŞ və Britaniya vətəndaşlarının İranda qeyri-qanuni saxlanmasına qarşı əməkdaşlıq haqqında danışdıq. Həmçinin Niderland xarici işlər naziri Vopke Hoekstra ilə İranın insan haqlarının pozulmasına qarşı birgə hərəkətlərimizi, Ukraynaya qarşı istifadə etmək üçün Rusiyaya silah göndərməsini müzakirə etdik”, – Mali bildirib.

Teqlər: