ABŞ İrana bağlı radikal qrupların Ayn əl-Əsəd hərbi bazasına hücumunu son dərəcə ciddi qəbul edir və cavab buna verəcək.
AzerTimes xəbər verir ki, bunu ABŞ Prezidentin milli təhlükəsizlik üzrə köməkçisinin müavini Con Fayner ABC kanalına müsahibəsində deyib.
“Bu, ballistik raketlərlə real təhlükəni göstərən çox ciddi hücum idi. Bu cür hadisələrin baş verməməsi və bu qrupların bizə hücumlarını dayandırmaq, onları məsuliyyətə cəlb etmək üçün buna cavab verəcəyik”, – o bildirib.
Xatırladaq ki, ABŞ-ın İraqda yerləşən Ayn əl-Əsəd hərbi bazasına kütləvi raket zərbəsi endirilib. Bazaya endirilən raket zərbələri nəticəsində ABŞ-ın bir neçə hərbçisi yaralanıb.