ABŞ bu həftə İrana sanksiya tətbiq edəcək

ABŞ bu həftə İrana sanksiya tətbiq edəcək

Birləşmiş Ştatlar İranda etirazçılara qarşı zorakılıqda əli olan rəsmi şəxslərə bu həftə sanksiya tətbiq edəcək.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden deyib.

“Mən İranda dinc nümayişlərə qarşı şiddətli repressiyaların güclənməsi ilə bağlı xəbərlərdən ciddi şəkildə narahatam. Bu həftə ABŞ dinc nümayişçilərə qarşı zorakılıq edənlərlə bağlı yeni tədbirlər görəcək. Biz İran rəsmilərini məsuliyyətə cəlb etməyə və İran xalqının dinc etiraz etmək hüququnu dəstəkləməyə davam edəcəyik”, – Bayden əlavə edib.

Teqlər: