ABŞ Bayden administrasiyasının Rusiya aktivlərinin müsadirə edilməsi qərarını dəstəklədiyi barədə Moskvanı xəbərdar etməyib.
AzerTimes xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Bizim rabitə kanallarımız demək olar ki, yoxdur. Heç kim heç kimə xəbər verməyib”, – o bildirib.
Qeyd edəki, Ağ Evin Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsini nəzərdə tutan qanun layihəsini dəstəkləyəcəyinə dair məlumat yayılmışdı.