Əgər ABŞ Rusiya ilə təhlükəsizlik sazişi imzalasaydı, Ukraynada hərbi əməliyyat başlamazdı.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev RT-yə müsahibəsində deyib.
“Əgər Qərb ölkələri və ilk növbədə ABŞ çeviklik nümayiş etdirsəydi və Rusiya ilə təhlükəsizlik sazişi bağlasaydı, xüsusi hərbi əməliyyat olmazdı”, – Medvedev bildirib.
Onun sözlərinə görə, Qərb hakimiyyəti öz siyasətlərində ABŞ maraqlarının müstəsnalığı prinsipinə əsaslanır. Medvedyev əlavə edib ki, bu, ABŞ-ı bir gün məhv edəcək böyük səhvdir.