ABŞ Braziliyaya 3 milyon doza koronavirusa qarşı peyvənd göndərəcək.
AzerTimes-ın məlumatına görə, bu barədə “Reuters” agentliyinə Ağ Evdəki mənbə bildirib.
Məlumata əsasən, Braziliyaya “Johnson & Johnson” şirklətinin istehsal etdiyi peyvəndlər göndəriləcək.
Xatırladaq ki, daha əvvəl ABŞ hakimiyyəti elan edib ki, yaxın gələcəkdə öz peyvənd ehtiyatlarından ehtiyacı olan ölkələrə 80 milyon doza peyvənd göndərmək niyyətindədir.