ABŞ, Böyük Britaniya və Kanada Çinin Sintzyan bölgəsində vəziyyətlə əlaqədar narahatlıqlarını bildiriblər

Böyük Britaniya, Kanada XİN başçıları Dominik Raab və Mark Qarno, və ABŞ dövlət katibi Entoni Blinken Çinin Sintszyan-Uyğur Muxtar Rayonundakı vəziyyətlə əlaqədar narahatlıqlarını bildiriblər.

AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, London, Vaşinqton, Ottava və Brüssel tərəfindən bir neçə Çinli məmura tətbiq olunan sanksiyalardan bəhs edən İngiltərə, Kanada və ABŞ-ın diplomatiya rəhbərləri bu addımın Sintszyanda insan hüquqları pozuntularının yolverilməz olduğuna “açıq bir siqnal verəcəyini” vurğulayıblar.

Eyni zamanda adı çəkilən xarici işlər nazirləri və dövlət katibi Çindən BMT-nin müstəqil müstəntiqləri, jurnalistlər və xarici diplomatlar da daxil olmaqla beynəlxalq ictimaiyyətə Sintzyan ərazisinə maneəsiz giriş imkanı verməsini tələb ediblər.

Teqlər: