ABŞ B-52 bombardmançı təyyarələrini Yaxın Şərqə göndərib.
AzerTimes xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.
Təyyarələr sentyabrın 4-də Britaniya Kral Hərbi Hava Qüvvələrinə məxsus “Fairford” bazasından havaya qalxıb.
Bombardmançılar Şərqi Aralıq dənizi, Ərəbistan yarımadası və Qırmızı dəniz üzərində təlim uçuşları həyata keçirdikdən sonra regionu tərk ediblər.