ABŞ altı ədəd B-52 bombardmançı təyyarəsini Avstraliyaya yerləşdirməyə hazırlaşır.
AzerTimes xəbər verir ki, bu barədə Avstraliyanın ABC telekanalı məlumat verib.
Məlumata görə, Vaşinqton Darvin şəhərinin cənubundakı Tindal aviabazasının yaxınlığında obyektlər tikməyi planlaşdırır.
ABŞ Hərbi Hava Qüvvələri aviabazanın 2026-cı ilin sonunda tamamlanacağını qeyd edib.