ABŞ Bolqarıstanla nüvə enerjisi ilə bağlı saziş imzaladı

ABŞ Bolqarıstanla nüvə enerjisi ilə bağlı saziş imzaladı

Bolqarıstan və ABŞ arasında nüvə enerjisi sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş imzalanıb.

AzerTimes xəbər verir ki, məqsəd Kozloduy AES-də yeni enerji bloklarının tikintisi və nüvə enerjisindən dinc məqsədlər üçün qarşılıqlı faydalı əsasda istifadə olunması çərçivəsində əməkdaşlığın genişləndirilməsidir.

Qeyd edək ki, Bolqarıstan hökuməti yanvarın 25-də Amerikanın AP1000 texnologiyasından (Westinghouse tərəfindən hazırlanmış iki dövrəli III+ nəsil nüvə reaktoru) Kozloduy AES-in ərazisində iki nüvə reaktorunun tikintisi üzrə əməkdaşlıq haqqında ABŞ ilə saziş layihəsini təsdiqləyib. Müqavilə parlament tərəfindən ratifikasiya edilməlidir. Bolqarıstan 2034-cü ilə qədər yeddinci, daha iki-üç il ərzində isə səkkizinci atom elektrik stansiyası blokunu işə salmağı planlaşdırır.

Teqlər: