ABŞ BMT Təhlükəsizlik Şurasına KXDR-ə qarşı sanksiyaların gücləndirilməsini təklif edəcək

ABŞ BMT Təhlükəsizlik Şurasına Pxenyan tərəfindən qitələrarası
ballistik raket buraxılışı ilə əlaqədar KXDR-ə qarşı sanksiyalar
rejiminin gücləndirilməsi məsələsinə baxmağı təklif edəcək.

Trend xəbər verir ki, bu barədə cümə günü Təhlükəsizlik
Şurasının iclasında ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda
Tomas-Qrinfild bildirib.

Onun sözlərinə görə, TŞ dərhal Şimali Koreya tərəfindən həyata
keçirilmiş buraxılışa cavab verməlidir. Diplomat qeyd edib ki, BMT
Təhlükəsizlik Şurası raket buraxılışını “yekdilliklə”
pisləməlidir.

“BMT Nizamnaməsinin 7-ci fəslinə uyğun olaraq, biz sanksiyalar
rejimini yeniləmək və genişləndirmək üçün qətnamə təqdim edəcəyik”,
– ABŞ nümayəndəsi əlavə edib.

Teqlər: