BMT dünya təşkilatının Baş katibi Antonio Quterreşin telefonlarının dinlənilməsi ilə bağlı xəbərlərdən ABŞ-a rəsmi narahatlığını bildirib.
AzerTimes xəbər verir ki, bu barədə BMT Baş katibinin nümayəndəsi Stefan Düjarrik deyib.
“BMT-nin baş katibinin və digər yüksək səviyyəli nümayəndələrinin danışıqlarının ABŞ hakimiyyət orqanları tərəfindən dinləmə və müdaxilə obyekti olması barədə son xəbərlərlə bağlı narahatlığımızı rəsmi olaraq ev sahiblərinə bildirdik”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, bu cür hərəkətlər Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi, BMT-nin imtiyazları və immunitetləri haqqında Konvensiyasından irəli gələn ABŞ öhdəliklərinə uyğun gəlmir.