ABŞ Qəzza zolağında atəşkəsə sadiqliyini bildirmək üçün İranla əlaqə saxlayıb.
AzerTimes xəbər verir ki, bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.
“Amerikalılar bizə mesaj göndərdilər ki, atəşkəs əldə etməyə çalışırlar. Onlar müəyyən addımlar atdılar, amma praktikada yalnız Qəzza zolağında qırğınları və soyqırımı dəstəklədilər”, – nazir vurğulayıb.