ATƏT yox olmaq ərəfəsindədir.
AzerTimes xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.
“Təəssüf hissi ilə qeyd edirik ki, hegemonluğu qorumaq uğrunda mübarizədə Qərb beynəlxalq münasibətlərdə harmoniya yaratmaq, maraqlar balansı və birləşdirici gündəm axtarmaq üçün yaradılmış və nəzərdə tutulmuş təşkilatları qurban verir və ya özəlləşdirir. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı sözün əsl mənasında unudulmaq ərəfəsindədir”, – Qruşko qeyd edib.