ABŞ Co Baydenin rəhbərliyi altında dünya səhnəsində özünü alçaldıb.
AzerTimes xəbər verir ki, bunu Amerikanın keçmiş lideri Donald Tramp deyib.
“Amerika dünya səhnəsində zəiflədi və alçaldıldı. Əyri Co Bayden III Dünya müharibəsinin astanasındadır”, – Tramp vurğulayıb.
Eks-prezidentin sözlərinə görə, ABŞ bərbad vəziyyətdədir, iqtisadiyyat isə inflyasiya fəlakəti ucbatından dağılır:
“Biz əyri Co Baydenə deyəcəyik: Co, işdən çıxmalısan. Siz dəhşətli prezident olmusunuz”.