ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) iki əməkdaşını keçmiş prezident Donald Trampın administrasiyası tərəfindən ötən ilin sentyabr ayında əlavə edildikləri sanksiya siyahısından çıxarıb.
AzerTimes-ın məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir.
Məlumata əsasən, sanksiya siyahısından BCM-nin prokuroru Fatu Bensuda və BCM-nin şöbə rəisi Fakiso Moçoçoko çıxarılıb.
Xatırladaq ki, aprelin 2-si ABŞ dövlət katibi Entoni Blinken Beynəlxalq Cinayət Məhkəməsinə qarşı tətbiq edilmiş sanksiyaların ləğv edildiyini açıqlamışdı.