Suriyanın Haseke vilayətində yerləşən ABŞ-ın Şəddadi hərbi bazasına raket hücumu olub.
AzerTimes xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Bildirilib ki, raketlər bazanın ətrafına düşüb.
Hücumda ölən, yaxud xəsarət alanların olub-olmadığı məlum deyil.
ABŞ tərəfi olayla bağlı hələ ki, açıqlama verməyib.