ABŞ bazasına PUA-larla hücum edildi

ABŞ bazasına PUA-larla hücum edildi

ABŞ ordusunun Suriyanın Əl-Tənif bölgəsində yerləşən hərbi bazasına hücum edilib.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, bu gün səhər saatlarında hərbi bazaya 5 PUA vasitəsilə hücum olunub. PUA-lardan 4-ü bazaya çatmamış koalisiya qüvvələri tərəfindən zərərsizləşdirilib.

Buna baxmayaraq, 5-ci PUA bazada yerləşən binanı vura bilib. Binaya ciddi ziyanın dəydiyi vurğulanıb.

PUA-ların kimə məxsus olduğu və haradan havaya qalxdığı hələlik məlum deyil.

Qeyd edək ki, ABŞ liderliyindəki koalisiya qüvvələrindən hücumla bağlı açıqlama verilməyib.

Əlavə edək ki, Əl-Tənif bölgəsindəki hərbi baza Suriya, İraq və İordaniyanın sərhəd üçbucağında yerləşir.

Teqlər: