Pilotsuz təyyarə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinə məxsus və İraqın qərbindəki Ənbar əyalətində yerləşən Ayn əl-Əsəd bazasına zərbələr endirib.
AzerTimes xəbər verir ki, bu barədə “Şəfəq Nyus” məlumat yayıb.
Bildirilib ki, PUA partlayıcı ilə təchiz edilib.
Onun qeyri-qanuni qruplaşmalar tərəfindən buraxıldığı ehtimal edilir.
Əlavə məlumat verilmir.