ABŞ bazasına hücumu İrana bağlayanlar… – Kənani

ABŞ bazasına hücumu İrana bağlayanlar… – Kənani

İrana qarşı əsassız ittihamların təkrarlanmasının əsas səbəbi böhtandır. Bu böhtanı yaxanlar öz maraqları naminə Amerikanı yeni bir münaqişəyə sürükləyərək, regiondakı böhranın genişlənməsinə təhrik etmək və bununla da daxili problemlərini ört-basdır etmək istəyir.

AzerTimes xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani İordaniyanın Suriya ilə sərhəd ərazisində yerləşən ABŞ bazasına hücumu barədə danışarkən deyib.

“Regiondakı müqavimət qrupları öz qərar və hərəkətlərində İrandan əmr almır və İran da həmçinin onlara əmr vermir. İran onların Fələstin xalqını dəstəkləməsinə və ya işğala qarşı özlərini müdafiə etməsinə qarışmır. Biz bölgədəki hadisələri hazırlıq və sayıqlıqla izləyirik. Bu cür əsassız iddiaların səbəbkarları İrana qarşı təxribat xarakterli ittihamların nəticələrinə görə məsuliyyət daşıyır”, – Kənani bildirib.

Qeyd edək ki, İordaniyanın Suriya ilə sərhəd ərazisində yerləşən ABŞ bazasına PUA hücumu nəticəsində 3 hərbçi ölüb, 34 əsgər yaralanıb.

ABŞ hücuma görə İranın məsuliyyət daşıdığını qeyd edib.

Teqlər: