ABŞ bazasına hücum: yanğın başladı

ABŞ bazasına hücum: yanğın başladı

ABŞ-ın İraq Kürdüstan Muxtariyyətinin Ərbil şəhərində yerləşən aviabazasında iki PUA-nın hücumundan sonra yanğın baş verib.

AzerTimes xəbər verir ki, bu barədə “Rudav” məlumat yayıb.

Hücumla bağlı məsuliyyəti “İraq İslam Müqaviməti” qruplaşması öz üzərinə götürüb.

Bildirilib ki, yanacaq anbarında baş verən yanğın güclənməkdədir.

Qeyd edək ki, Yaxın Şərqdə vəziyyətin kəskinləşməsindən sonra regionda ABŞ hərbi bazalarına müxtəlif səpkidə hücumların sayı artmaqdadır.

Teqlər: