ABŞ-ın Suriyanın Deyr-əz-Zor vilayətindəki “Ömər” neft yatağı ərazisində yerləşən hərbi bazası atəşə məruz qalıb.
AzerTimes xəbər verir ki, bu barədə “Əl Mayadeen” telekanalı xəbər yayıb.
Hadisənin təfərrüatları açıqlanmır.
Qeyd edək ki, daha əvvəl Suriyanın “Sham FM” radiostansiyası obyektin ərazisində partlayış səsinin eşidildiyini bildirib.