ABŞ bazası 4 raketlə vuruldu

ABŞ bazası 4 raketlə vuruldu

Suriyanın şimal-şərqindəki Şəddadi şəhərində yerləşən ABŞ bazası dörd raketlə vurulub.

AzerTimes xəbər verir ki, bu barədə mənbə RİA Novosti-yə bildirib.

Xəsarət alanların olub-olmadığı barədə məlumat verilməyib.

Qeyd edək ki, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinin əvvəlindən İraqdakı beynəlxalq koalisiyaya rəhbərlik edən ABŞ-ın bazalarına, eləcə də Suriyadakı Amerika hərbçilərinə mütəmadi olaraq hücumlar edilir və məsuliyyəti İraqda fəaliyyət göstərən silahlı şiə qrupları öz üzərinə götürür.

Teqlər: