İsveç NATO-ya daxil olduqdan sonra ölkə ərazisində nüvə silahları və ABŞ hərbi bazaları peyda olacaq, çünki bu, ABŞ-ın maraqlarına uyğundur.
AzerTimes xəbər verir ki, bu barədə İsveç mediası yazıb.
Qeyd edilib ki, Stokholm dəfələrlə İsveçin Danimarka və Norveçdən nümunə götürməyəcəyini və öz ərazisində nə Şimali Atlantika Alyansının daimi bazalarını, nə də nüvə silahlarını yerləşdirməyəcəyini vurğulayıb.
“Norveç də bir vaxtlar buna fəal şəkildə qarşı çıxıb, lakin sonda Oslo və Kopenhagen amerikalılarla hərbi bazalar tikmək üçün razılaşmalı olub”, – məqalədə bildirilib.