ABŞ baza uçot dərəcəsini artıracağı təqdirdə neft 105 dollara çata bilər

Xəbər - Ləman Zeynalova – Trend:

ABŞ Federal Ehtiyat Sistemi (FES) baza uçot dərəcəsini artıracağı təqdirdə neft qiymətləri 105 dollar/barelə çata bilər.

Trend-in məlumatına görə, bunu “SOCAR Türkiyə”nin maliyyə riskləri üzrə əlaqələndiricisi Əli Ağaoğlu şirkətin “YouTube” kanalında yayımlanan müsahibədə deyib.

“Neft qiymətlərinin pik həddi ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcəsinən artırılması ilə bağlı qərarından asılı olacaq. Əgər FES bu qərarı qəbul edərsə, neft qiymətləri 105 dollar/barelə çata bilər. Neftin qiymətlərinin azalması heç kimə sərf etmir. İlk növbədə, aşağı qiymətlər yeni investisiyaların qarşısını alır. OPEC+ bazarı uğurla balanslaşdıra və qiymətləri artıra bildi. Hazırda tələblə təklif arasında müəyyən balans mövcuddur. Hətta neft tədarükçüləri müəyyən dərəcədə hasilatı artıra da bilər. Hesab edirəm ki, neftin hazırkı 85 dollar/barel qiyməti 75 dollaradək azala bilər. Amma 2022-2023-cü illərdə bu göstəricidən aşağı düşməyəcək” – deyə, o bildirib.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: