ABŞ batan batiskafla bağlı araşdırmalara başladı

ABŞ batan batiskafla bağlı araşdırmalara başladı

ABŞ Sahil Mühafizəsi “Titan” sualtı qayığının qəzaya uğramasının səbəbləri ilə bağlı araşdırmalara başlayıb.

AzerTimes xəbər verir ki, bu barədə bu barədə idarənin kontr-admiralı Con Mauqer bildirib.

Onun sözlərinə görə, təhqiqat çərçivəsində yaradılan komissiya hakimiyyət orqanlarına mülki və ya cinayət xarakterli məhdudiyyətlərin tətbiqi ilə bağlı tövsiyələr verə, habelə faciəyə görə məsuliyyət daşıyanları müəyyən edə bilər.

Araşdırma Kanada, İngiltərə və Fransa hakimiyyət orqanları ilə birlikdə aparılacaq.

Teqlər: