ABŞ aviasiyası Suriyada müəyyən hədəflərə zərbə endirməyə başlayıb.
AzerTimes xəbər verir ki, bu barədə ABC ABŞ adminstrasiyasının nümayəndəsinə istinadən məlumat yayıb.
Qeyd edək ki, bundan öncə “Vol Strit Jurnal” ABŞ-ın İordaniyadakı bazasına hücuma cavab olaraq İranın İraq və Suriyadakı hədəflərinə zərbələr endirməyə başlayacağını yazmışdı.