ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bölgəyə səfərini Ermənistandan başlayıb. Onun bölgəyə səfərinin məqsədi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda görüşünü təşkil etməkdir.
AzerTimes xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, Dövlət Departamenti artıq ikinci dəfə bu görüşün baş tutma ehtimalına zərbə vurub:
“Dövlət Departamentinin dini mövzuda Azərbaycan əleyhinə hazırladığı hesabatı bundan xəbər verir. Nazirlərin Vaşinqtondakı birinci görüşünü də dövlət katibinin müavini Obrayen Konqresin komitəsində Azərbaycan əleyhinə çıxışı zamanı heçə endirmişdi”.