İnam beynəlxaq münasibətlərdə ən vacib məqamdır. ABŞ bu inamı, etibarı itirir.
AzerTimes xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov söyləyib.
“Biz bu məktubu yazaraq çox vacib addım atmışıq. ABŞ-la münasibətlərə yenidən baxmaq məsələsini gündəmə gətirmişik. Bu, ABŞ-ın birinci cəhdirdimi? Xeyr! Ancaq bu dəfə tamamən başqa hadisə baş verdi. Amerika COP29-un keçirilməsi ilə bağlı müsbət rəy vermişdi, dəstəkləmişdi. Amma onlar tədbiri alt-üst etməyə cəhd göstərir”, – o bildirib.
Qeyd edək ki, Səməd Seyidov həm də Azərbaycan – Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.