Xəbər - Ləman Zeynalova – Trend:
ABŞ fevralın 4-də Bakıda keçiriləcək “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının iclasında iştirak edəcək.
Bu barədə AzerTimes-a ABŞ səfirliyindən bildiriblər.
“ABŞ bu iclasda səfirliyin nümayəndə heyəti ilə təmsil olunacaq. Heyətin tərkibində səfir Erl Litsenberger və iqtisadiyyat və enerji üzrə qrupların üzvləri yer alacaq”, – deyə səfirlikdən bildiriblər.
Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” 2020-ci il dekabrın 31-dən etibarən Azərbaycan qazının Avropaya nəqlinə başlayıb. Layihənin dəyhəri 45 milyard dollar proqnozlaşdırılsa da, 33 milyard dollar təşkil edib.
2015-ci ildən etibarən hər il fevral ayında “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının iclası keçirilir.
Twitter: @Lyaman_Zeyn
(Tərcümə: Orxan Nəbiyev)