ABŞ: Bakı və İrəvanla bağlı əsas məqsədimiz…

ABŞ: Bakı və İrəvanla bağlı əsas məqsədimiz…

ABŞ-ın əsas məqsədi Ermənistan və Azərbaycan arasındakı münaqişənin sülh yolu ilə həllidir.

AzerTimes xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel deyib.

“Dövlət katibi (Entoni Blinken), səfir Riker (ABŞ-ın Qafqaz danışıqları üzrə xüsusi müşaviri) və başqaları bu məsələni israrla müzakirə edirlər. Prosesdən irəli getmək istəmirəm, lakin əlbəttə ki, bizim son məqsədimiz Ermənistan və Azərbaycan arasında sülh yolu ilə nizamlanmadır”, – Patel bildirib.

Teqlər: