ABŞ Bakı və İrəvana təklif göndərdi: Görüş…

ABŞ Bakı və İrəvana təklif göndərdi: Görüş…

Bildiyim qədəri ilə üçtərəfli görüş barədə təklif Azərbaycan və Ermənistan tərəfinə çatdırılıb.

AzerTimes xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

Onun sözlərinə görə, belə görüşlərdə potensial iştirak tərəflərin gündəliyində olmalıdır: “Biz son həftələrdə müşahidə etdiyimiz tərəqqinin davamını görməyə ümid edirik. Problemin hərtərəfli həlli üçün tərəfləri dəstəkləməyə hazırıq”.

Qeyd edək ki, N.Prays daha əvvəl yaxın günlərdə Brüsseldə Ermənistan və Azərbaycan arasında üçtərəfli görüşün planlaşdırıldığını söyləyib.

Teqlər: