ABŞ Bakı-Ankara müttəfiqliyinə qarşıdır – General

ABŞ Bakı-Ankara müttəfiqliyinə qarşıdır – General

ABŞ S-400-ləri bəhanə edərək Türkiyənin terrorizmlə mübarizəsinin və regional gücünün qarşısını almağa çalışır.

AzerTimes xəbər verir ki, bu sözləri Türkiyə ordusunun təqaüddə olan generalı Bəyazid Qaradaş deyib.

“Sabah Yunanıstanı yenə yalnız qoyacaqlar. ABŞ S-400-ləri bəhanə edərək əslində Türkiyəyə sanksiya tətbiq etmək, İraq, Suriyada terrorizmlə mübarizəsini əngəlləmək, Cənubi Qafqazda Azərbaycanla əlaqələrinin, Şimali Kipr Türk Cümhuriyyəti ilə əməkdaşlığının qarşısını almağa çalışır. Yəni, Yunanıstan bir mexanizmdir. Əsas hədəf Türkiyənin ABŞ-ın istəklərinə kor-koranə “hə” deməməsindən qaynaqlanır. Üstəlik, Rusiya-Ukrayna savaşında Türkiyənin müstəqil siyasət yürütməsi, taxıl dəhlizi ilə bağlı fəaliyyətlərini də buraya aid edə bilərik”, – deyə o bildirib.

Teqlər: